Yaşayan fosillərdən nümunələr

Geoloji dövrlərə aid nümunələrinin fosiltəbəqələrində olduğu, yaşayan nümunələrinin də hazırkı dövrdə ələ keçdiyi canlıları "yaşayan fosillər" adlandırırıq. Bu canlılar, milyonlarla illik nümunələrindən heç bir fərqlilikgöstərmir vəfosillərin canlı nümunələrini təşkil edirlər. Şübhəsiz ki,bunların ən əhəmiyyətli nümunəsi, təkamülçülərin illərlə ən mühümsaxta keçid canlısı kimi tanıdıb üzərində saysız fərziyyə yaratdıqlarıselakantdır.

Saxta keçid canlısı nümunəsi: selakant

Cənubi Afrika sahillərində, 1938-ci ilin qış ayında, Nerina (the nerina) adlı balıqçı qayığı, Hind Okeanında Şalümna (Chalumna) çayına yaxın biryerdə 70 milyon il əvvəl nəslinin tükənmiş olduğu düşünülən bir balıq tutdu. Bu balıq, dinozavrlarla eyni zamanda yetişib böyümüş selakant idi...

Oksford Universiteti yanındakı Təbiət Elmləri Akademiyasınınrəhbəri təkamülçü Kit S. Tomsonun (Keith S. Thomson) bu sözləri, bir təkamül əfsanəsinin necə yox olduğunun açıq ifadəsidir. Çünki selakantın canlı nümunəsinin tutulması, təkamülün ən böyük saxta dayaqlarından birini yox etmişdir.

Fosil izlərinə görə 410 milyon il əvvələ (Devon dövrünə) gedib çıxanselakant, təkamülçülər tərəfindən, balıqlar ilə suda-quruda yaşayanlar arasında yer alan çox güclü keçid canlısı dəlili sayılırdı. 70 milyon il əvvəl (Təbaşir dövrü) fosil izlərindən sirrli şəkildə yoxa çıxmış və o dövrdə nəslinintükənildiyinə inanılmışdı. Təkamülçü bioloqlar, bu canlının fosillərinə əsaslanaraq, canlının bədənində tam şəkildə funksiya yerinə yetirməyən, yəni təkamülçülərin ifadəsiylə "ibtidai" ağciyər olduğunu irəli sürmüşdülər. Selakantbarəsindəki fərziyyələr o qədər yayıldı ki, bu canlı, bir çox elmi mənbəyə ən mühüm təkamül dəlili kimi daxil oldu və hətta bu canlının dənizdən quruya çıxarkən çəkilmiş şəkilləri elmi mənbələrdə böyük sürətlə nəşr olunmağa başlandı. Əlbəttə ki, bütün bu fərziyyələrin, saxta şəkillərin, saxta iddiaların dayaq nöqtəsi, bu canlının nəsli tükənmiş olmasına dair qəti inanc idi.

Lakin vəziyyət fərqli idi. İlki 1938-ci ildə Cənubi Afrikada, ikincisi 1952-ci ildə Madaqaskarın şimal-qərbindəki Komor adalarında və digəri isə 1998-ci ildə İndoneziyanın Sulavesiadasında tapılmaqlaselakant, müasir okeanlarda 200 dəfədən artıq tutuldu. Tutulan ilk selakant qarşısında keçirdiyi təəccüb hissini açıqca ifadə etməkdən özünü saxlaya bilməyən təkamülçü paleontoloq C.L.B Smit (J. L. B. Smith): "yolda dinozavrla rastlaşsaydım daha çox təəccüblənməzdim" deyirdi.

Selakantın canlı nümunələrinin tapılmasıyla bu canlı barəsindəki iddiaların aldatmadan başqa şey olmadığı da ortaya çıxmış oldu. Təkamülçü tədqiqatçılarınibtidai ağciyər olduğunu irəli sürdükləri struktur, balığın bədənində olan yağ kisəsindən başqa şey deyildi. Həmçinin təkamülçülər bu canlını həmişə dayaz sularda yaşayan və sudan çıxmağa hazırlanan bir sürünən namizədi kimitanıtmışdılar. Halbuki selakantınəslində okeanın ən dərin sularında yaşayan və 180 metrdərinlikdən yuxarıdemək olar ki, heç çıxmayan dərinlik balığı olduğu aydın oldu.

1987-ci ildə alman təbiətşünas Hans Frikenin (Hans Fricke)apardığıtədqiqatlar da bu nəticələri təsdiqlədi. Frike, böyük komor adalarında selakantları müşahidə etmişvə şəkillərini çəkmişdi. Bu canlıların, önə, arxaya doğru, hətta başıaşağı üzdüklərini görmüş,lakinqətiyyən dəniz dibində üzgəcləriylə hərəkət etmək kimi "yeriməyi" xatırladacaq hərəkət forması göstərmədiklərini müəyyənetmişdi.

Selakantın yaşayan fosil nümunəsi olması, təkamülçülərin sudan quruya çıxma kimi xəyali ssenari üçünfəxrləgöstərdikləri tək saxta dəlili də yox edirdi. 1938-ci ildə müasir dənizlərində rast gəlinən bu canlı, elə mühüm balıqdı ki, təkamülçülərin çox uzun müddətdir anlamazlıqdan gəldikləri "sudan quruya keçmə saxtakarlığını" bir anda ortaya çıxartmışdı. Təkamülçülər, bu canlı həqiqət qarşısında kimsəni günahlandıra bilmədilər, kimisə "bunun əksi oldu" deyə razı salmağaçalışmadılar. Selakant və onun sudan quruya çıxma hekayəsi ilə əlaqədar heç bir yeni iddia ortaya ata bilmədilər. Fosil izlərindəkisabitlik, təkamülü, ən böyük dayaqlarından biriniaradan götürməklə çökdürmüşdü.

Siyasi elmlər professoru Robert Q. Vesson (Robert G. Wesson), bu həqiqəti bu sözlərlə açıqlamışdı:

Nəslinin tükənmiş olduğu sanılan,lakin 1938-ci ildə təkrar kəşf edilən sağlam üzgəclərə sahib selakant, təxminən 450 milyon ildir ki, sabit vəziyyətdədir... Bu demək olar ki, vaxtsız növlər, bütün canlılarda baş verən zülal dəyişikliklərindən azad deyillər. Həmçinin bunlar adaptasiya çatışmazlığı olmadan müxtəlif şəkillərdə müxtəlifləşmiş olmalıdırlar. Lakin bunların nümunələri hər nədənsə sanki donmuşdur... Ənənəvi təkamül nəzəriyyəsinin görüşünə görə, uzunmüddətli sabitliyin açıqlanması çətindir. Növlər yeni şərtlərə və imkanlara adaptasiya olduqları üçün sürətli təkamül prosesi daha əhatəli olmalıdır. Lakin milyonlarla il ərzində dəyişən şərtlər altında dəyişmədən qalan növlərlə ziddiyyət təşkil edir.

Atnalı xərçəngi (lat. xiphosura)

İlk fosilləri 425 milyon il əvvələ aid olan atnalı xərçəngi, müasir sahillərdə eyni forması ilə varlığını davam etdirən,mühüm yaşayan fosil nümunəsidir. Qumsaldarahat yeriməsini təmin edən və sükan kimi hərəkət edən quyruğu, olduqcamürəkkəb birləşmiş quruluşdakı iki gözü və digər bütün xüsusi strukturları ilə dövrümüzdən 425 milyon il əvvəl, bugünkü formasıyla varlığını davam etdirmişdir.

Tarakan

Tarakan, bu günə qədər yaşamış ən qədim qanadlı böcəkdir. Fosil nümunəsi bundan tam 350 milyon il əvvəl Karbon dövründə ortaya çıxmışdır.(25) Bu canlı, ən kiçik hərəkətə, hətta hava axınına qarşı belə olduqca həssas olan müxtəlif çıxıntılarıyla, mükəmməl qanadlarıyla və nüvə radiasiyanıa belə müqavimt göstərə biləcək dözümlü quruluşuyla, 350 milyon il əvvəlki halından fərqsizdir.

Okapi

Təkamül nəzəriyyəsinin ən böyük saxta dəlillərindən birini çürüdən, hətta təkamül adından edilmiş mühüm saxtakarlığı ortaya çıxardan yaşayan fosillərdən biri də səhifənin aşağı hissəsində rəsmi görülən okapidir.

Bu canlının tapılan fosilləri Miosenepoxasına aid idi. 1901-ci ildə ilk dəfə canlı vəziyyətdə ələ keçirilənə qədər, okapinin nəslinin tükənmiş olduğu güman edilirdi. Həmçinin bundan ötrü də, təkamülçülər tərəfindən götürülüb tamamilə saxta iddia olan atın təkamülü ssenarisinə keçid canlısı kimi daxil edildi. Lakin okapinin canlı nümunəsinin ələ keçirilməsiylə, atın təkamülü ssenarisi də ortadan qalxmış olurdu.

Məməlilərin xəyali mənşəyi mövzusunda "atın təkamülü", uzun müddət ərzində təkamülçülərin baş tacı etdikləri məsələ idi. Müxtəlif boy ardıcıllığına görə canlılar bir-birinin ardınca düzülmüş və aralarındakı anatomik fərqlər heç nəzərə belə alınmadan bunların atın təkamül mərhələləri olduğu irəli sürülmüşdü. İllər ərzində təbiət tarixi muzeylərində göstərilən bu ardıcıllıqdan, təkamülə dəlilmiş kimi dərsliklərdə belə bəhs edildi. Lakin bu gün bir çox təkamülçü atın təkamülü ssenarisinin əsassızlığını açıq şəkildə qəbul edir və bunun tamamilə göz boyamağaəsaslanan saxtakarlıq nümunəsi olduğunu etiraf edir.

1980-ci ilin noyabrında ildə Çikaqo Təbiət Tarixi Muzeyində 150 təkamülçünün qatıldığı, dörd gün davam edən və mərhələli təkamül nəzəriyyəsinin problemlərinin müzakirə edildiyi yığıncaqda söz alan təkamülçü Boys Rensberqer (Boyce Rensberger)atın təkamülü ssenarisinin fosil izlərində heç bir dayaq nöqtəsi olmadığını və atın mərhələli təkamülü kimi bir prosesin heç baş vermədiyini belə söyləmişdir:

Təqribən 50 milyon il əvvəl yaşamış dörd dırnaqlı, tülkü böyüklüyündəki canlılardan, bu günün daha böyük təkdırnaqlı atına doğru, bir sıra mərhələli dəyişikliklərbaş verdiyini irəli sürən, məşhur atın təkamülü nümunəsinin əsassız olduğu, uzun müddətdən bəri məlumdur. Mərhələli dəyişiklik əvəzinə hər növün fosilləri tam fərqli şəkildə ortaya çıxır, dəyişmədən qalır, sonra isə nəsli kəsilir. Keçid canlılarbilinmir.

Rensberqerin (Rensberger)kəşf etdikləri doğrudur, atın təkamülü adlı bir prosesin yaşandığına dair heç bir dəlil yoxdur. At ardıcıllığı iddiası, tamamilə möhtəkirdir, həqiqətlərə əsaslanmır və bu canlılar arasında olduqca böyük anatomik və fiziki fərqlər var. Lakin Rensberqerin(Rensberger)ehmal etdiyi nöqtə, bütün bu canlıların nəslinin tükənmiş olmamasıdır. 1901-ci ildə canlı nümunəsi ilə qarşılaşılan okapi, təkamülçülərin keçid canlısı kimi göstərdikləri bir canlının hazırkı dövrdə hələ də yaşadığını göstərmişdir. Atla heç bir əlaqəsi olmayan, daha çox zebrə bənzəyən bu canlı, Miosen epoxasındada (23 – 5,3 milyon il əvvəl), hazırda sahib olduğu mürəkkəb xüsusiyyətlərlə yaşamışdır.

Yaşayan fosil olan okapi, təkamülün ən böyük iddialarından birini bir daha təkzib edir. İstəniləncəhətdənziddiyyətlərlə dolu olan atın təkamülü ssenarisi, tamamilə ortadan qalxmış, təkamülün başqa utancı olaraq kənara qoyulmuşdur. Amerika Təbiət Tarixi Muzeyindən dr. Nils Eldric (Niles Eldredge), hələ də muzeyin zirzəmisində dayanan bu sxem barəsində bunları söyləyir:

Həyatın təbiəti barəsində hər biri bir-birindən xəyali bir çox pis hekayə var. Bunun ən məşhur nümunəsi isə, bəlkə 50 il əvvəl hazırlanmış olan və hələ də zirzəmisindədayanan atın təkamülü sərgisidir. Atın təkamülü, bir-birini təqib edən yüzlərlə elmi mənbə tərəfindən böyük həqiqət kimi təqdim edilmişdir. Lakin hazırda, bu cür iddiaları ortaya atan insanların etdikləri təxminlərin, yalnız fərziyyə olduqlarını düşünürəm.

Geri

Kitablar

Qısa filmlər