Fosillərə görə növlərin mənşəyi: yaradılış

Təkamül nəzəriyyəsinin iddiasına görə, yer üzündəki canlı növləri ortaq əcdaddan, kiçik dəyişikliklər nəticəsində törəmişdirlər. Digər bir sözlə, nəzəriyyəyə görə, canlı növləri bir-birindən kəskin fərqlərlə ayrılmır vəsabitlik göstərirlər. Lakin, təbiətdə aparılan müşahidələr, ortada iddia edildiyi kimi sabitlik olmadığını göstərmişdir. Canlılar aləmində görülən, bir-birindən nəzərə çarpan dəyişikliklərlə ayrılan, fərqli kateqoriyalardır. Onurğalılar paleontologiyası sahəsində mütəxəssis olan təkamülçü Robert Kerroll (Robert Carroll), bunu “Patterns and processes of vertebrate evolution” (“Onurğalı təkamülünün nümunələri və prosesləri”) adlı kitabında belə etiraf edir:

Bu gün dünyadademək olar ki,qavranıla bilinməyəcək qədər çox sayda növyaşamasına baxmayaraq, bunlar bir-birindən çətinliklə ayırd edilə bilən ara canlılardantəşkil olunan sabitbölgü meydana gətirməzlər. Bunun əvəzinə, növlərin demək olar ki, hamısı, bir-birindən nəzərə çarpan şəkildə fərqli təməl qruplara aiddirlər.

Təkamül, tarixdə yaşandığı iddia edilən bir prosesdir və bizə canlıların tarixi barədə məlumat verəcək yeganə elmi mənbə dəfosil tapıntılarıdır. P. Qrasse (P. Grassé), bu mövzuda bunları söyləyir:

Təbiətşünas alimlər unutmamalıdırlar ki, təkamül prosesi yalnız fosillər vasitəsilə ortaya çıxar... Sadəcə paleontologiya (fosilləri öyrənən elmi) təkamül mövzusunda dəlil meydana gətirə bilər və təkamülün inkişafını və mexanizmlərini göstərə bilər.

Fosillərin bu mövzuda bizə kömək ola bilməsi üçün də, təkamül nəzəriyyəsinin proqnozları ilə fosil tapıntılarını bir-birləriylə müqayisəetməməliyik.

Təkamül nəzəriyyəsinə görə guya bütün canlılar bir-birlərindən törəyiblər. Əvvəlcədən mövcud olan bir canlı növü zaman keçdikcə digərinə çevrilmiş və bütün növlər bu yollameydana gəlmişdirlər. Nəzəriyyəyə görə, bu çevrilmə yüz milyonlarla illik uzun zaman kəsiyini əhatə etmiş və addım-addım irəliləmişdir. Bu təqdirdə, iddia edilən uzun çevrilmə prosesi ərzindəbir çox "ara növlər" meydana gəlmiş və yaşamış olmalıdır.

Məsələn, keçmişdə balıq xüsusiyyətlərini daşımasına baxmayaraq, eyni zamanda bəzi sürünən xüsusiyyətləri qazanmış yarı balıq-yarı sürünən canlılar yaşamış olmalıdır. Yaxud sürünən xüsusiyyətlərini daşıyarkən, eyni zamanda bəzi quş xüsusiyyətləri qazanmış sürünən-quşlar ortaya çıxmış olmalıdır. Bunlar, müəyyən keçid prosesində olduqları üçün də şikəst, natamam və qüsurlu canlılar olmalıdırlar. Keçmişdə yaşamış olduqlarına inanılan bu nəzəri canlılar "ara keçid forması" adlandırılır.

Əgər həqiqətənkeçmişdə bu cür canlılar yaşayıbsa, bunların sayları və növləri milyonlarla, hətta milyardlarla olmalıdır. Həmçinin bu canlıların fosillərinə mütləq fosil izlərində rastgəlinməlidir. Çünki bu ara keçid canlılarının sayı bu gün bizə məlum olan heyvan növlərindən belə çox olmalı və dünyanın hər yeri fosilləşmiş ara keçid forması qalıqlarıyla dolu olmalıdır. Bu həqiqət, Darvin tərəfindən də qəbul edilmiş və O, “Növlərin mənşəyi” adlı kitabında bunu belə açıqlamışdır:

"Əgər nəzəriyyəm doğrudursa, növləri bir-birinə bağlayan bir çox ara-keçid növləri mütləq yaşamış olmalıdır... Bunların yaşamış olduqlarının dəlilləri də yalnız fosil izləri arasında tapıla bilər.

Lakin bu sətirləri yazan Darvin, bu ara keçidcanlılarınfosillərininheç cür tapıla bilmədiyini bilirdi. Bunun nəzəriyyəsi üçün, böyük çıxılmaz vəziyyət meydana gətirdiyini də görürdü. Buna görə də, “Növlərin mənşəyi” kitabının "Difficulties on theory" ("Nəzəriyyənin çətinlikləri") adlı hissəsində belə yazmışdı:

Əgər həqiqətən növlər digər növlərdən cüzi dəyişikliklərlə törəmişdirsə, niyə bir çox ara keçid formasına rast gəlmirik? Niyə bütün təbiət qarışıqlıq halında deyil, əksinə tam olaraq təyin olunmuş və yerli yerindədir? Bir çox ara keçid forması olmalıdır, lakin niyə yer üzünün sayıla bilməyəcək qədər çox təbəqəsindəgömülmüşvəziyyətdə tapa bilmirik... Nə üçün hər geoloji quruluş və hər təbəqə belə əlaqələrlə dolu deyil? Geologiya yaxşı dərəcələndirlmiş bir proses ortaya çıxartmır və bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq.

Darvinin, bu böyük çıxılmaz vəziyyət qarşısında verdiyi tək açıqlama isə, o dövrdəki fosillərin qeyri-kafi olduğu idi. Darvin, fosillər ətraflı şəkildə araşdırıldığı zaman, itmiş ara keçid canlıların mütləq tapılacağını iddia etmişdi.

Geri

Kitablar

Qısa filmlər