Yaşayan fosillər təkamülü rədd edir

Təkamülçü “New scientist” jurnalı, yaşayan fosillər həqiqəti qarşısında təkamülçülərin ziddiyyətlərini belə açıqlamışdır:

Bəzi bioloqlar, mümkün dəyişikliklərdəki təhlükələri nəzərə alaraq, təkamül prosesinin qətiyyən baş vermədiyinə görə təəccüblənirlər. “Həqiqət budur; orqanizmlər elə mürəkkəbdirlər ki, heçnəyi dağıtmadan tək bir şeyi dəyişdirmək olduqca çətindir” deyir (Yale Universitetindən təkamülçü paleontoloq Elizabet (Elisabeth)) vrba. Lakin bizim mükəmməl şəkildə sağ qalan canlılarımızın niyə milyonlarla il ərzində dəyişmədən qaldıqlarını izah etmək olduqca çətindir.

Bu konkret həqiqətin açıqlanması, əlbəttə ki, təkamülçülər baxımından çətindir. Çünki onlar, buna təkamül nəzəriyyəsində bir açıqlama axtarmalı olarlar. Halbuki yaşayan fosillər, canlıların müəyyən mərhələlər nəticəsində bir-birlərindən törəmədiklərini və qətiyyən təkamül keçirmədiklərini göstərir. Fosillər, keçid canlılara aid heç bir nümunə təqdim etmir. Canlılar, milyonlarla il ərzində dəyişmədən qalıblar, hazırkı anatomik quruluşları necədirsə, o dövrdə də eyni anatomik quruluşla meydana gəliblər. Fosillər, bunu göstərən heyvan və bitki nümunələri demək olar ki, tamamlanmış vəziyyətdə olub, təkamülü qəti şəkildə və elmi cəhətdən təkzib edir.

Təkamülçü Nils Eldric (Niles Eldredge), təkamülün aça bilmədiyi bir çoxsirdən birini təşkil edən yaşayan fosillər mövzusuyla əlaqədar heç bir açıqlamalarının olmadığını belə etiraf edir:

Yaşayan bir orqanizmlə onun uzaq geoloji keçmişdəki fosilləşmiş əcdadları arasında qarşılaşdıra biləcəyimiz hər hansı parça üzərində demək olar ki, heç bir dəyişiklik yoxmuş kimi görünür. Yaşayan fosillər, təkamüli sabitlik fikrinin ən son həddə konkret nümunələridir... Yaşayan fosillərin sirrini tam mənasıyla aça bilmədik.

Fransanın ən tanınmış zooloqlarından, 35 cildlik “Traité de zoologie” (“Zoologiyanın müqaviləsi”) ensiklopediyasının redaktoru və Fransa Elmlər Akademiyasının (Académie des Sciences) keçmiş rəhbəri Pier Pol Qrasse (Pierre-Paul Grassé) isə, “Evolution of living organisms” (“Canlı orqanizmlərin təkamülü”) adlı kitabının "Təkamül və təbii seleksiya"hissəsini belə bitirir:

C.Haksli (J. Huxley) və digər bioloqların təkamülün təbii seçmə mexanizmi vasitəsilə hazırladığı nəzəriyyəsi, demoqrafik həqiqətlərin, genotiplərin regional dalğalanması və coğrafi səpələnmələrin müşahidəsindən başqa şey deyil. Əksəriyyətlə ələ alınan növlər on min illər ərzində heç dəyişmədən qalır. Şərtlərlə əlaqədar meydana gələn dalğalanmalar genlərin əvvəlcədən dəyişməsiylə birlikdə ələ alındıqda təkamülə dəlil kimi göstərilə bilməz və bunun ən gözəl dəlili də milyonlarla ildirki, heç bir dəyişikliyə uğramadan yaşayan fosillərdir.

Yaşayan fosillər və onlardakı sabitlik, nə Darvin dövründə açıqlana bilmişdir, nə də bundan sonra açıqlana bilər. Darvinin təkamül nəzəriyyəsini, formadan formayasalaraqmüasir elmi kəşflərə uyğunlaşdırmağa çalışan təkamülçü elm adamları da bu həqiqəti, artıq istəməsələr də qəbul etmiş vəziyyətdədirlər. Elmi məlumatlar və fosillərin ortaya çıxartdıqları həqiqətlər, eynilə 150 il əvvəl Darvinin etiraf etdiyi kimi, hazırda da təkamül nəzəriyyəsinin hər cür versiyası ilə ziddiyyət təşkil edir:

Bu saytda, həqiqətlərin dəlil göstərilə bilməyəcəyi bir xüsus olduğunu bilirəm. Bu xüsus, ümumiyyətlə mənim gəldiyim nəticələrdən tamamilə tərs nəticələr ortaya çıxardır. Ədalətli nəticə, lakin hər problemin hər iki istiqamətinin həqiqətlərini tam olaraq açıqlamaq və ölçüb biçməklə təmin edilə bilər. Lakin burada bunu etmək qeyri-mümkündür.

Darvin bu sözlərlə, iddiasının həqiqətlərə uyğun gəlmədiyini və buna görə də,həqiqətləri görməzlikdən gəldiyini, çəkinmədən dilə gətirir. Hazırda fosilləringöstərdiyihəqiqətə baxmayaraq, təkamül nəzəriyyəsini müdafiə edənlərin içində olduğu vəziyyət də budur. Kor-koranə Darvinin izindən getməyə davam edir və həqiqətlərə üz döndərdilər. Lakin bu yalnız qısamüddətli aldatmadır. Həiqətlər, artıq Darvinindövründəkinə görə daha açıq və daha çox müəyyənləşdirilə bilən vəziyyətdədir. Həqiqətləri görən və bunları qəbul etməyi seçim insanların sayı artır, hekayələrə inanıb bunları sorğu-sual etməyən insanların sayı isə olduqca azalır. Həqiqətlər, artıq Darvin dövründə olduğu kimi gizlədilə və ehmal edilə biləcək vəziyyətdə deyil. Genetika, mikrobiologiya, paleontologiya, geologiya və digər bütün elm sahələri, Darvinin və Darvin dəstəkçilərinin heç istəmədikləri və bəlkə də heç gözləmədikləri bir həqiqəti davamlı ortaya çıxardır. Eyni zamanda bu həqiqət, yaradılış həqiqətidir.

Məhz belə; çünki Allah Haqdır. Ondan başqa tapındıqları isə, şübhəsiz ki, batildir. Həqiqətən, Allah Ucadır, Böyükdür. Görmədinmi ki, Allah göydən suendirdi, beləlikləyer üzü yaşıllığa büründü.Şübhəsiz ki, Allah lütf edəndir, hər şeydən xəbərdardır. Göylərdə və yerdə nə varsa, Onundur. Şübhəsiz ki, Allah heç nəyə ehtiyacı olmayandır (əl-Qani), təriflənməyə layiq olandır. Görmədinmi ki, Allahyer üzündə olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdi. Göyün də Öz icazəsi olmadan yerə düşməsinə mane olar. Şübhəsiz ki, Allah insanlara qarşı Şəfqətlidir, çox Mərhəmətlidir. Sizi diri saxlayan, sonra öldürəcək, daha sonra dirildəcək məhz Odur. Həqiqətən, insan çox nankordur. (Həcc surəsi, 62-66)

Geri

Kitablar

Qısa filmlər