Fosillərdəki sabitlik: "stasis"

Təbiət tarixini araşdırdığımız zaman qarşımıza, "təkamül keçirib fərqli anatomik strukturlara sahib olan" deyil, yüz milyonlarla il ərzində heç dəyişmədən qalan canlılar çıxır. Fosil izlərindəki bu "dəyişməzlik", elm adamları tərəfindən "stasis" (sabitlik) kimi xarakterizəolunub. Yaşayan fosillər və hazırki dövrdənəsli kəsilmiş,lakin dünya tarixinin bir-birindən müxtəlif dövrlərində fosillərini qoyub getmiş canlılar, fosil izlərindəki sabitliyin konkret dəlilləridir. Həmçininfosil izlərindəkibu sabitlik, mərhələli təkamül prosesinin baş vermədiyini göstərir. Stiven Cey Quld (Stephen Jay Gould), “Natural history” jurnalındakı yazısında fosil izlərinin təkamül nəzəriyyəsi ilə olan ziddiyətini bu cür ifadə edib:

Əksərfosil növünün tarixi, mərhələli inkişaflaziddiyyət təşkil edən iki xüsusiyyət göstərir: 1) Stasis.Əksərnövlər dünyadayaşadıqları müddət ərzində heç bir yöndəndəyişmirlər. Fosil izlərindənyoxa çıxdıqları zaman,hansıgörünüşdədirlərsə,ortaya çıxdıqları zaman da eyni görünüşdədirlər; morfoloji dəyişiklik əksəriyyətlə məhduddur və yönlü deyil. 2) Birdən ortaya çıxma. Hər hansı yerli bölgədə, bir növ, əcdadlarının sabit çevrilməsi nəticəsində mərhələli şəkildəəmələ gəlmir; birdən və "tam inkişaf etmiş"haldaəmələ gəlir.

Əgər bir canlı, milyonlarla il əvvəlki bütün xüsusiyyətləri ilə hazırkı dövrdəmükəmməl şəkildə varlığını davam etdirirsə və heç bir dəyişiklik keçirməyibsə, bu vəziyyət Darvinin irəli sürdüyü mərhələli təkamül modelini tamamilə ortadan qaldıracaq qədər güclü dəlildir. Belə ki, yer üzündə bunu sübut edəcək tək nümunə deyil, milyonlarla nümunə var. Canlılar, milyonlarla il hətta bəzən yüz milyonlarla il əvvəl meydanagəldikləri hallarından heç bir fərqlilik göstərmirlər. Bu vəziyyət, Nils Eldricin (Niles Eldredge) açıqca ifadə etdiyi kimi, paleontoloqların, hələ də müdafiə olunan təkamül fikrindən artıq "qaçmalarına" səbəb olur:

Paleontoloqların təkamüldən bu qədər uzun müddət qaçmış olmaları heç də təəccüblü deyil. Təkamül əsla baş verməmiş kimi görünür. Süxurlarda diqqətlə və səbirlə həyata keçirilən toplama işləri, ziqzaqlar, kiçik rəqslər və çox nadir şəkildə milyonlarla il ərzində görülən dəyişmələrin kiçik yığınlarını ortaya çıxardır. Belə ki, bunlar təkamüli tarixdə yaşanmış olan bütün o möhtəşəmdəyişməni açıqlaya bilməyəcək qədər yavaş sürətdədir.

Fosil izlərindəkisabitlik, həqiqətən də təkamül müdafiəçiləri üçün ən böyük problemi təşkil edər. Çünki təkamülçülər, xəyali təkamül prosesi üçün lazım olan dəlilləri fosil izlərində axtararlar. Lakin fosil izləri, gözlənilən keçid canlı nümunələrini göstərmir, üstəlik, yüz milyonlarla il ərzindədəyişiklik keçirdiyi iddia edilən bir canlının heç bir təkamül keçirmədiyini göstərir. Canlılar, milyonlarla il əvvəlki halları ilə eynidirlər və Darvinin irəli sürdüyü mərhələli dəyişmə prosesindən keçməmişdirlər. Nils Eldric (Niles Eldredge), təkamülçü paleontoloqların uzun müddət ehmaletdiklərisabitlik həqiqətinin, Darvinin mərhələli təkamül iddiasını çürütdüyünü bu cür izah edir:

Lakin sabitlik, həyatın tarixinin təkamüli biologiyada görməzlikdən gəlinməməsi lazım olan bir xüsusiyyəti kimi tərk edildi və Quld (Gould) ilə birlikdə belə sabitliyin, həyatın tarixinin üzləşilməsi lazım olan həqiqitərəfi olduğu və əslində təkamülün təməl fikrinin özünə istiqamətli heç bir əsas təhdid təşkil etmədiyini göstərənə qədər da görməzlikdən gəlinməyə davam etdi. Çünki bu Darvinin problemi idi: Darvin təkamül fikrinin inandırıcılığını təmin etmək üçün növlərin sabitliyinə dair köhnə doktrinanı ləğv etmək məcburiyyətində olduğunu düşünürdü. Darvinə görə stasis,çətinlik çıxardanuyğunsuzluq idi.

Darvinin mərhələli təkamül iddiasının əsassızlığını görərək, buna qarşı Stiven C. Quld(Stephen J. Gould) ilə birlikdə "sıçrayışlı təkamül" iddiasını ortaya atan Nils Eldricin (Niles Eldredge) yuxarıdakı ifadələri, sabitliyin Darvin üçün problem yaratmasıməsələsində olduqca doğru idi. Lakin Eldricin (Eldredge) də açıqca ehmal etdiyi və görməzlikdən gəldiyi nöqtə, fosil izlərində açıqca görülən sabitliyin, sıçrayışlı təkamül üçün də böyük problem meydana gətirdiyi idi.

Sıçrayışlı təkamül (punctuated equilibrium - kəsilməyə məruz qalmıştarazlıq) modelini irəli sürən paleontoloqlar, fosil izlərindəki sabitliyin "problem" olduğunu qəbul etmiş,lakin təkamül fikrindən imtina etməyi qeyri-mümkün gördükləri üçün canlıların kiçik dəyişikliklərlə deyil, ani və böyük dəyişikliklərlə meydana gəldiyini irəli sürmüşdürlər. Bu iddiaya əsasən təkamüli dəyişikliklər, çox qısa zaman intervallarında və çox dar populyasiyalarçərçivəsindəbaş verirdi. Bu vaxta qədər canlı populyasiyası heç bir dəyişiklik göstərmir və bir cür tarazlıq vəziyyətində qalırdı. Populyasiya çox dar olduğu üçün böyük mutasiyalar guya çox qısa müddətdə təbii seleksiya mexanizmi vasitəsilə seçilir, beləcə və hər nədənsə yeni bir növün meydana gəlməsi təmin edilirdi.

Sıçrayışlı təkamül modelinin, mikrobiologiya və genetika elmləri tərəfindən bir çox dəlillə təkzib edildiyi bu gün bilinən həqiqətdir (ətraflı məlumat toplamaq üçün baxın:“Həyatın gerçəkmənşəyi”, Harun Yəhya).Həmçininfosil izlərindəkisabitliyə və dolayısiləkeçid canlıların olmamasınaaçıqlama gətirmək üçün,irəli sürülən sıçrayışlı təkamülün "kiçikpopulyasiyalar" iddiası da yenə heç bir elmi əsasa sahib deyil. Yeni bir növün, sayca olduqcaaz heyvana və bitkiyəsahib populyasiyalardayarandığını iddia edən sıçrayışlı təkamül, kiçikpopulyasiyaların genetik cəhətdən təkamül nəzəriyyəsi üçün üstünlükolmadığının açıqca ortaya çıxmasıyla böyük zərbə almışdır. Kiçikpopulyasiyalar yeni növün meydana gəlməsinə səbəb olacaq şəkildə inkişafetmir, əksinə ciddi genetik qüsurlarmeydana gətirir. Bunun səbəbi, kiçik populyasiyalarda, fərdlərin davamlı kiçik genetik hovuz çərçivəsindəcütləşmələridir. Buna görə də, normalda "heteroziqot" olan fərdlər getdikcə "homoziqot"a çevrilirlər. Bunun nəticəsində də, normalda resessiv olan qüsurlu genlər, üstün (dominant) hala gəlir və beləliklə də,populyasiyagetdikcə daha çox genetik qüsur və xəstəlik ortaya çıxır. Dolayısiləfosil izlərində keçid canlılarınçatışmaması, kiçik populyasiyalarda baş verənbir təkamülün nəticəsi deyil. Bütün bu elmi qeyri-mümkünlüklər yanaşı, sıçrayışlı təkamül tərəfdarlarının, kiçik populyasiyalarda meydana gələn dəyişikliklərin izinin, fosil izlərindəniyə tapıla bilmədiyi sualına verə biləcək cavabları yoxdur.

Bu açıq həqiqət göstərir ki, həm Darvinin ortaya atdığı mərhələli təkamül modeli, həm də onun irəli sürdüyüəsassızlıqları ört-basdır edə bilmək üçün irəli sürülən sıçrayışlı təkamül modeli, fosil izlərindəki sabitliyi, canlıların ani şəkildəmeydana gəlmələrini və keçid canlılarınolmamasını açıqlaya bilmir. Bu vəziyyət, istənilən nəzəriyyə irəli sürülsə də, canlıların təkamül keçirdiyinə dair hər cür iddianın müvəffəqiyyətsizliklə nəticələnəcəyini, elmi cəhətdənçökməyə məhkum olacağını tamaçıq şəkildə göstərir. Çünki canlılar təkamül keçirməyiblər; Allah bütün canlıları mükəmməl halları ilə yoxdan yaratmışdır. Dolayısilə canlıların təkamül keçirdiyini müdafiə edən hər iddia, yox olmağa məhkumdur.

Sıçrayışlı təkamül nəzəriyyəsinin qurucusuStiven C. Quld (Stephen J. Gould), Hobart və UilyamSmit kollecindəkeçirdiyi bir konfransda bu həqiqəti tam açıq şəkildə belə etiraf edib:

Hər paleontoloq əksər növlərin dəyişmədiyini bilir. Bu sıxıntı vericidir... qorxunc sıxıntıya səbəb olur... [Canlılar] bir qədər daha böyük və ya əyri-üyrü ola bilərlər, lakin eyni növ olaraq qalmağa davam edərlər və bunun səbəbi qüsurluluq və ya boşluqlar deyil, sabitlikdir. Lakin bu fövqəladə sabitlik ümumiyyətlə bir informasiya kimi görməzlikdən gəlinmişdir. Əgər dəyişmirlərsə, deməli, təkamül baş vermir; o zaman bundan bəhsetməzsiniz.

Geri

Kitablar

Qısa filmlər