Nəticə

Qəzet və jurnallarda hərdənbir xəbər kimi verilər: "200 milyon illik ağcaqanad fosili tapıldı!", "30 milyon illik kərtənkələ fosilinə rast gəlindi"... Bu cür xəbərləri oxuyanlar, bəzən bu fosillərin imtiyazlı və bənzərinə az rast gəlinə bilən olduğunu düşünə bilərlər. Lakin bu yanlış məlumatdır.

Yer üzünün böyük hissəsi, müasir canlıların milyonlarla illik fosil nümunələri ilə doludur. Bunların çox böyük hissəsiələ keçirilmişdir və paleontoloqlar qazıb tədqiqat apardıqları hər yerdə, mükəmməl təchizatları ilə müasir canlıların fosil nümunələrinə hələ də rast gəlirlər. Bütün bunlar ölkələrin muzeylərində saxlanılır. Milyonlarla illik hörümçək, qarışqa, milçək, əqrəb, xərçəng, qurbağa və daha bir çox nəsli tükənmiş və ya tükənməmiş canlı fosili, hətta kəhrəba içində bütün təfərrüatları ilə qorunub saxlanmış nümunələrin minlərlə hətta yüz minlərləsi, muzeylərdə mövcuddur. Lakin bunların sayca çoxluğu kitablarda və qəzetlərdə elə də əks etdirilməz, elmi jurnal, forum və müsahibələrə mövzu olmazlar.

Bəs bunun səbəbi nədir?

Bunun səbəbi, tapılan hər fosilin, təkamülü yox edən dəlil olmasıdır. Tapılan hər yaşayan fosil nümunəsi, darvinistlərin ömürlərini həsr etdikləri saxta nəzəriyyəni yox edəcək gücdədir. Buna görə də,bu fosillərin bir hissəsi təkamülçülər tərəfindən gizli saxlanılmağa çalışılmışdır.

Tam 70 il ərzində Smitsonian İnstitutunda gizlədilən Kembri dövrü canlılarının, digər bir sözlə, dünya tarixinin ən qədim mürəkkəb canlılarının fosilləri, bu mövzuda mühüm nümunədir. Çarlz Dulittl Uolkott (Charles Doolittle Walcott), ABŞ-ın tanınmış muzeylərindən Smitsonian İnstitutunda vəzifəli rəhbər (1907-1927) və bir paleontoloq idi. Kanadanın qayalı dağları ətrafındakı Börqis (Burgess) bölgəsində fosil tədqiqatlarına başladı. Uolkott 31 avqust 1909-cu ildə, paleontologiya tarixinin ən böyük məlumatlarından birini kəşf etdi: 530 milyon il əvvəl yaşanmış Kembri dövrünə aid ilk fosillər...

Uolkott topladığı fosillərin hansı şöbələrə (filumlara) aid olduğuna baxdığı zaman çox heytrətləndi. Çünki tapdığı fosil təbəqəsi çox qədim idi və bundan daha qədim təbəqələrdə mühüm həyat izinə rast gəlinməmişdi; lakin bu təbəqədə məlum şöbələrin (filumların)demək olar ki, hamısına aid canlılar vardı. Üstəlik, heç məlum olmayan şöbələrə (filumlara) aid fosillər də tapmışdı. Bu, heyvanlar aləmindəki bütün bədən strukturlarının eyni geoloji dövrdə, bir vaxt meydana gədliklərini göstərirdi.

Bu isə Darvinin nəzəriyyəsi üçün dağıdıcı zərbə meydana gətirirdi. Çünki Darvin canlıların yavaş-yavaş budaqlanan ağacın qolları kimi meydana gəldiyini irəli sürmüşdü. Darvinin hazırladığı təkamül ağacına görə, əvvəlcə növlər əmələ gəlməli, sonra yer üzündə təkcə bir şöbə (filum) olmalı, sonra uzun zaman dilimləri ərzində müxtəlif şöbələr(filumlar) yavaş-yavaş meydana gəlməliydi. Halbuki Uolkott, dövrümüzdən təxminən 530 milyon il əvvəl, hazırkı dövrdə mövcud olan bütün şöbələrin (filumların), hətta daha da çoxunun eyni anda və birdən meydana gəldiklərini göstərən dəlillərlə üz-üzə idi. Bu, növlərdən başlayaraq uzun zaman dilimlərində mərhələlər nəticəsində şöbələrin(filumların) meydana gəldiyini fərzedən xəyali "təkamül ağacı"nı tamamilə yox edirdi. Canlı tarixinin hələ ən başında bütün növləri əhatə edən mürəkkəb xüsusiyyətlər, ümumilikdə 50 ayrı şöbəni (filumu) təmsil edən bir-birindən mürəkkəb fosil nümunələriylə ən mükəmməl şəkildə nümayiş etdirilmişdi.

Mərhələli təkamül cəfəngiyatını tamamilə ortadan qaldıran təxminən 530 milyon illik bu fosillər, ancaq 70 il sonra gizləndikləri yerdən çıxardılmış və dünyaya tanıdılmışdır. Çünki Uolkott, əldə etdiyi fosilləri elm aləminə göstərmək əvəzinə, gizlətməyə qərar vermişdir.

Smitsonian muzeyinin müdiri olan Uolkott qatı darvinistdir. Təkamül nəzəriyyəsinə görə bu cür qədim süxurlarda, nisbətən sadə quruluşda fosillərin olması gözlənilir. Halbuki tapdığı fosillərin mürəkkəblik baxımından hazırkı dövrdə yaşayan xərçəng, dəniz ulduzu, soxulcan kimi canlılardan heç bir fərqi yox idi. Darvinistlər baxımından işin ən narahatedici tərəfi isə, Börqis Şeyl (Burgess Shale) bölgəsində də, daha qədim süxurlarda da bu canlıların əcdadı ola biləcək heç bir fosil nümunəsinin tapılmaması idi.

Bu çıxılmaz vəziyyətlərlə qarşılaşan Uolkott, əldə etdiyi fosillərin təkamül nəzəriyyəsi üçün böyük problem yaradacağından əmin olduğu üçün, bunları göstərmək əvəzinə, çəkdiyi bəzi fotoşəkilləri, bəzi qeydlərlə birlikdə Smitsonian İnstitutuna göndərdi. Fosillər burada yetmiş il qədər unudulacaqları siyirmələrə qoyulub qıfıllandı. Börqis Şeyl (Burgess Shale)fosillərinin gün işığına çıxması, ancaq 1985-ci ildə, muzeyin arxivlərinin yenidən araşdırılması sayəsində mümkün oldu. İsrailli elm adamı Cerald Şreder (Gerald Schroeder) bu mövzuda bu şərhi verir:

Əgər Uolkott istəsəydi, bir ordu şagirdə fosillər üzərində işləmək vəzifəsiniverə bilərdi. Lakin təkamül gəmisini batırmamayı seçdi. Bu gün Kembri dövrü fosilləri Çində, Afrikada, Britaniya adalarında, İsveçdə həmçinin Qrenlandiyada da tapılmışdır. (Kembri dövründəki) partlayış, dünya səviyyəsində yaşanmış hadisədir. Lakin bu qeyri-adi partlayışın təbiətini müzakirə etmək mümkün olmadan əvvəl, məlumat gizlənmişdir.

Təkamülün əsassız nəzəriyyə olduğunu qəti şəkildə ortaya çıxardan bu fosillər, hələ də təkamülçülərin tam mənasıyla açıqlama verə bilmədikləri və nəzəriyyə üçün ən böyük çətinliklərdən biri kimi göstərdikləri mükəmməl yaradılış dəlilidirlər.

Təkamül nəzəriyyəsi, tarixində, insan kəlləsinə meymun çənəsinin yapışdırıldığı, tək bir donuz dişi fosili əsasında meymun-insanların xəyali ictimai həyatlarını göstərən rekonstruksiyaların icra edildiyi, dinozavr fosillərinə tük əlavə olunduğu, bir çox saxtakarlıq nümunəsi ilə doludur (ətraflı məlumat toplamaq üçün baxın: Harun Yəhya, “Həyatın gerçək mənşəyi”, araştırma nəşriyyatı; Harun Yəhya, “Təkamül nəzəriyyəsinin süqutu”, araştırma nəşriyyatı). Elmi dəlillərlə deyil, ideoloji cəhətdən ayaqda saxlanılmağa çalışılan bu nəzəriyyənin davamçıları, iddialarını dəstəkləyəcək uydurma keçid canlılarına aid saxta fosil nümunələri meydana gətirməkdən çəkinməmiş və nəzəriyyəni tamamilə əhəmiyyətsiz edəcək mürəkkəb canlıların yüz milyonlarla illik fosillərini də gizlətmə ehtiyacı duymuşdurlar. Zaman ərzində bu gizlətmənin nə qədər məntiqsiz olduğu başa düşülməyə başlanmış, yer üzü təbəqələri bu fosil nümunələri ilə dolu olduğu üçün fosillərin bir hissəsi yavaş-yavaş ortaya çıxardılmışdır. Lakin yenə də bu aldatma, hazırkı dövrdədə hələ də davam edir, muzeylərdə gizli vəziyyətdə dayanan fosil nümunələrinin bir hissəsi, böyük səssizlik içində gizlənir. Muzeylərdəkibütün bu nümunələr insanlara göstərilsə, həqiqətlərin nə olduğu aydın olacaq. Lakin əksər elm adamı təkamül nəzəriyyəsini təməlindən yox edəcək belə təşəbbüsə cəsarət edə bilmir.

Bu saytla, sizə milyonlarla illik yaşayan fosillərin kiçik hissəsini təqdim edirik. Buradakı məqsəd, yer üzündə təkamül prosesinin baş vermədiyini açıqca göstərmək, canlıların milyonlarla il əvvəl də bu gün olduğu kimi mükəmməl xüsusiyyətlərə sahib olduqlarını, yəni yoxdan yaradıldıqlarını sübut etmək və təkamülün, dəlilləri gizlətmək yolu ilə yalnız insanları aldadaraq ayaqda saxlanılmağa çalışılan saxta nəzəriyyə olduğunu göstərəbilməkdir. Elmi dəlilləri gizlədən, elmiliyi saxtakarlıq və yalanla təmin etməyə çalışan bir nəzəriyyə, onsuz da öz əsassızlığını elan etmişdir. Təkamülçülər də açıqca bilirlər ki, ələ keçən bütün elmi dəlillər, "təkamül prosesi" iddiasının yalnız nağıldan ibarət olduğunu göstərmişdir. Yaşayan fosillər; bu canlıları, milyonlarla il əvvəl yaratmış və dövrümüzə qədər ən mükəmməl şəkilləriylə qorumuş, bütün varlıqların Yaradıcısı və Hakimi olan Allahın əsəridir. Tarix boyu darvinistlərin bütün qorxuları, bu açıq həqiqətin göz qabağına gətirilməsi olmuşdur. Lakin artıq, bu açıq və mübahisəsiz həqiqət tam mənasıyla göz qabağındadır və darvinistlərin buna qarşı göstərdikləri bütün səylər boşa çıxmışdır. Batil haqq qarşısında tamamilə yox olmuş və aləmlərin Rəbbi olan Allah, böyüklüyünü və uca qüdrətini bir daha ən mükəmməl şəkildə göstərmişdir:

Biz göyü, yeri və onların arasında olanları “oyun və əyləncə” olsun deyə yaratmadıq. Əgər “oyun və əyləncə” hazırlamaq istəsəydik, bunu mütləq Öz qatımızda hazırlayardıq. İstəsəydik bu cür edərdik. Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun beynini darmadağın edər. Bir də görərsən ki, o, yox olub getmişdir. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 16-18)

Ayədə də bildirildiyi kimi, daha əvvəl insanları ovsunlayaraq təsir edən bu insanların etdiklərinin saxtakarlıq olduğunun başa düşülməsi ilə, həmin bu insanlar alçalıblar. Hazırkı dövrdə də bir cadunun təsiriylə, elmilik pərdəsi altında olduqca axmaq iddialara inanan və bunları müdafiə etməyə həyatlarını həsr edənlər, bu iddialardan əlçəkməyəcəkləri təqdirdə, həqiqətlər tam mənasıyla ortaya çıxdıqda və "cadu pozulduqda" alçalacaqlar. Necə ki, təxminən 60 yaşına qədər təkamülü müdafiə edən və ateist fəlsəfəçi olan, lakin daha sonra həqiqətləri görən Malkolm Maqqeric (Malcolm Muggeridge)təkamül nəzəriyyəsinin yaxın gələcəkdə düşəcəyi vəziyyəti belə açıqlayır:

Mən, təkamül nəzəriyyəsinin, xüsusilə tətbiq olunduğu sahələrdə, gələcəyin tarix kitablarındakı ən böyük zarafat vəsaitlərindən biri olacağına inandım. Gələcək nəsil, bu qədər çürük və naməlum bir hipotezin görünməmiş saflıqla qəbul edilməsini heyrətlə qarşılayacaq.

Bu gələcək uzaqda deyil, əksinə çox yaxın gələcəkdə insanlar "təsadüflər"in ilah ola bilməyəcəklərini anlayacaqlar və təkamül nəzəriyyəsi dünya tarixinin ən böyük yalanı və ən böyük cadusu kimi xarakterizə ediləcək. Bu böyük cadu, böyük sürətlə dünyanın hər yerindəki insanların üzərindən qalxmağa başlamışdır. Təkamül yalanının sirrini öyrənən bir çox insan, bu yalana necə aldandığını heyrət və təəccüblə düşünür.

Onlar dedilər: "Sən Ucasan. Sənin bizə öyrətdiklərindən başqa biz heç nə bilmirik. Həqiqətən Sən, hər şeyi bilən, hökm və hikmət sahibi Olansan".(Bəqərə surəsi, 32)

Geri

Kitablar

Qısa filmlər