Fosil izlərinin göstərdiyi həqiqət

Bəs on illərdir ki, cəmiyyətlərin şüur altına yerləşən "təkamül-paleontologiya" əlaqəsi haradan qaynaqlanır? Niyə əksər insan, fosil izlərindən bəhs edildikdə, bu fosillər ilə Darvinin nəzəriyyəsi arasında müsbət əlaqə olduğu təəssüratına qapılır? Bu sualların cavabı, tanınmış elm jurnalı “Science”dəki bir məqalədə belə açıqlanır:

Təkamüli biologiya və paleontologiya sahələrindən kənarda qalan çox sayda yaxşı təhsil almış elm adamı, təəssüf ki, fosil izlərinin darvinizmə çox uyğun olduğu kimi yanlış bir fikrə qapılmışdır. Bu böyük ehtimalla, ikinci dərəcəli mənbələrdəki fövqəladə sadələşdirmədən qaynaqlanır; aşağı səviyyəli dərsliklər, yarı məşhur məqalələr və s... Həmçinin burada böyük ehtimalla bir qədər tərəfli düşüncə də rol oynayır. Darvindən sonrakı illərdə, onun tərəfdarları bu istiqamətdə (fosillər sahəsində) inkişaflar əldə etməyə ümid ediblər. Bu inkişaflar əldə edilməmiş, lakin yenə də ümidvar gözləyiş davam etmiş və bəzi xəyal məhsulu fantaziyalar da dərsliklərə qədər daxil olmuşdur.

N. Eldric (N. Eldredge) və Yan Tattersall (Ian Tattersall) isə bu mövzuda bu mühümaçıqlamanı verirlər:

Ayrı növlərə məxsus fosillərin fosil izlərində olduqları müddət dədəyişmədikləri, Darvinin “Növlərin mənşəyi” nəşretdirməsindən əvvəl belə, paleontoloqlar tərəfindən bilinən həqiqətdir. Darvin isə, gələcək nəsillərin bu boşluqları dolduracaq yeni fosil izləri əldə edəcəkləri proqnozunu vermişdir... Aradan keçən 120 ildən artıq müddət ərzində aparılan bütün paleontoloji tədqiqatlar nəticəsində, fosil izlərinin, Darvinin bu proqnozunu təsdiqləyə bilməyəcəyi açıq şəkildə görünməyə başlamışdır. Bu fosil izlərinin qeyri-kafiliyindən qaynaqlanan problem deyil. Fosil izləri açıqca verilən proqnozunyanlış olduğunu göstərir.

Növlərin təəccüblə sabit olduqları və uzun zaman dilimləri müddətində həmişə sabit qaldıqları istiqamətindəki müşahidə, "lütkral" hekayəsindəki bütün xüsusiyyətləri özündə saxlayır: hər kəs bunu görmüş, lakin görməzlikdən gəlməyi seçmişdir. Darvinin irəli sürdüyü mənzərəni israrla rədd edən mübariz fosilizləri ilə üz-üzə qalan paleontoloqlar, açıqca bu həqiqətdən üz döndəriblər.

Geri

Kitablar

Qısa filmlər