Giriş

Bir bitki və ya heyvanın keçmiş geoloji dövrlərdən indiyədək yer qabığında qorunmuş qalıqlarına və ya izlərinə fosil deyilər. Yer üzünün hər tərəfindən toplanmışfosillər, həyatın başlanğıcından indiyədək yer üzündə yaşamış canlılar barəsində məlumat verən ən mühüm mənbədir.

Hava ilə təması ani şəkildə kəsilən canlıların skeletləri, korlanmadandövrümüzə qədər çatar. Fosillərin araşdırılması, nəsli tükənmiş heyvanlar və bitkilər barəsində məlumat sahibi olmağımızı təmin edər. Bu məlumatlar hansı dövrlərdə hansı canlıların yaşadıqları barəsində də məlumat verər. Yüz milyon illikfosil nümunələri, təkamülçülər üçün, öz nəzəriyyələrinə uyğun şəkildə istifadə edə biləcəkləri bir vəsaitdir. Təkamülçülər bir fosiligötürər, bunu müasir dövrdə yaşayan canlılardan biri ilə əlaqələndirər və bu fosilin həmin bu canlının əcdadı olduğunu iddia edərlər. Bu barədə olduqca maraqlı və genişmiqyaslı ssenarilər yaradarlar. Əgər fosilbalıq fosilidirsə, bu fosilin "yalnız bir neçə sümüyü" əsasında, onun bəzisadə xüsusiyyətlərə, yeni əmələ gəlməkdə olan orqanlara, çevrilən ara keçid üzvlərinə sahib olduğunu iddia edərlər. Bu canlı barəsində kitablar yazar, konfranslar təşkil edər, bunu "illərlə" axtardıqları ara keçid fosilikimigöstərərlər.

Ta ki, bu fosilin canlı nümunəsi qarşılarına çıxana qədər!

Bir canlının milyonlarla il əvvəl yaşadığı bilinən halının hazırkıdövrdə elm adamlarının qarşısına canlı şəkildə çıxması, təkamülçülərin meydana gətirdiyi bütün nağılları alt-üst edər. Bu vəziyyət, təkamülçülərin iddialarına görə milyonlarla il ərzində təkamül keçirmiş olması lazım gələn canlının, hər necə olubsa, bu xəyali təkamül prosesinə heç məruz qalmadığını göstərər. Üstəlik, təkamülə görə, tamamilə sadə canlıların yaşamış olması lazım gələn bir dövrdə, olduqcamürəkkəb xüsusiyyətləriylə, tam inkişaf etmiş və tamamilə həmin canlıya məxsus strukturlara sahib varlıqların olduğunu sübut edər. Təkamülçülərin "ibtidai" zənn etdikləri canlı, heç də ibtidai deyil. Yəni "təkhüceyrəlidən çevrilmə", "ara keçid forması" və "ibtidai canlı" iddialarının əsassızlığı, aldadıcılığı aydın olmuşdur. Xülasə, "mərhələli təkamül prosesi"nin bir hekayədən ibarət olduğu, mühüm bir dəlillə bir daha ortaya çıxmışdır.

Bu nümunə iləgöstərilən tək həqiqətvar. Canlılar, təkamül nəzəriyyəsinin irəli sürdüyü xəyali proseslər müddətində meydana gəlməmiş, bir anda yaradılmışdırlar. Yaradılış həqiqəti, canlıların keçmişdən qalan mükəmməl izləri ilə bir daha göstərilmişdir. Dövrümüzdə bütün mükəmməl xüsusiyyətləriylə Allahın üstün sənətinin təcəllilərini təşkil edən canlılar, bundan yüz milyonlarla il əvvəl də eyni ehtişam və mükəmməlliyə sahibdirlər. Yaradılış həqiqəti, təkamülçülərin heç gözləmədikləri şəkildə, bütün təkamülçü fərziyyələri və iddiaları ortadan qaldıraraq, ən mükəmməl halıyla gözlər önünə sərilmişdir.

"Yaşayan fosillər", yer üzündəki bütün canlıların yoxdan yaradıldıqlarının, hər birinin Allahın bənzərsiz möcüzəsi olaraq mürəkkəb və üstün xüsusiyyətlərə sahib olduqlarının dəlilidir. Bu, milyonlarla il əvvəl təkamülçülərin iddia etdikləri xəyali inkişaf prosesinin yaşanmaması deməkdir. Xəyali ara keçid nümunələri, xəyali ssenariləri ilə birlikdə yox olub gedir.

Geri

Kitablar

Qısa filmlər