Ətraf mühitin "təsirsizliyi"

Yaşayan fosillər, dövrümüzdəki nümunələriylə keçmişdən qalan fosil nümunələri arasında fərqlilik olmayan, dolayısilə növlərin milyonlarla il ərzində heç bir təkamül keçirmədiyi həqiqətinə ayna tutan dəlildir. Bu istiqamətləriylə təkamül nəzəriyyəsinə ağır zərbə endirirlər. Məlum olduğu kimi təkamül nəzəriyyəsi, ancaq dəyişən ətraf mühit şərtlərinə uyğunlaşa bilən canlıların həyatda qalacağını, bir sıra təsadüfi dəyişmələrin təsiriylə canlıların bu prosesdətəkamül keçirib başqa canlılara çevriləcəyiniiddia edir. Yaşayan fosillər isə, nəzəriyyənin, növlərin zaman ərzində dəyişən şərtlərə görə dəyişmə keçirəcəyi iddiasının əsassız hekayədən ibarət olduğunu göstərir. Tarixdə yüz milyonlarla il geriyəgedən, çox qədimdən yaşayan fosil nümunələri mövcuddur. Təxminən dörd yüz milyon illik olduğu halda heç bir dəyişiklik göstərməyənköpək balığı və təkamülçülərin nəsli tükənmiş bir keçid canlısı kimi irəli sürdükləri, lakin hazırkıdövrdə hələ də yaşayan dərinlik balığı olduğu aydın olanselakant kimi canlıların fosilləri, təkamül nəzəriyyəsinin dəyişmə ssenarisini yalanlayan çox təəccüblü bir mənzərəmeydana gətirir.

“Focus” jurnalı da təkamülçü nəşr olmasına baxmayaraq, selakantın mövzu götürüldüyü aprel 2003-cü il tarixli buraxılışında, bu balıq kimi milyonlarla ildir dəyişməyən canlılardan belə bəhs etmişdir:

Selakant kimi böyük bir canlının, bu qədər il elm aləminin məlumatından uzaq yaşadıqdan sonra tapılması, üzərinə daha çox diqqətçəkilməsinəsəbəb oldu. Halbuki, selakant kimi milyonlarla il əvvəldən qalan fosilləriylətam bənzərlik təşkil edən orqanizmlərin sayı olduqca çoxdur. Məsələn, xərçəngkimilərinbir növü olan neopilin (lat. neopilina) 500 milyon ildən bəri, əqrəb 430 milyon ildən bəri, zirehli və qılınc quyruqlu bir heyvan olan dəniz canlısı limulus 225 milyon ildən bəri,təkcə Yeni Zelandiyada yaşayan bir növ sürünən olan tuatara da, təxminən 230 milyon ildən bəri dəyişməyib. Buğumayaqlıların bir çox dəstəsi, timsahlar, dəniz tısbağaları və bir çox bitki növü də uzanıb gedən siyahının bir hissəsidir.

“Focus” jurnalı, tarakankimilər və arxeyalardan nümunə verərək, bu fosillərin təkamül nəzəriyyəsinə endirdiyi zərbəni isə açıqca etiraf edir:

Təkamül prizmasından baxıldıqda, bu cür orqanizmlərin mutasiyaya uğrama ehtimalı, digərlərinə olduqca yüksəkdir. Çünki, hər yeni nəsil, DNT-nin surətinin çıxarılması deməkdir. Milyonlarla il ərzindəsurət çıxartma əməliyyatının neçə dəfə təkrarlandığınıdüşündükdə, ortaya çox maraqlı mənzərə çıxır. Nəzəriyyədə, dəyişən ətraf mühit şərtləri, düşmən növlər, növlərarası rəqabət kimi müxtəlif təzyiq ünsürləri təbii seçməyə səbəb olmalı, mutasiyaya uğramış üstün növlər seçilməli və bu növlər, bu qədər uzun zaman ərzindəbir çox dəyişikliyə uğramalı idi. LAKİN HƏQİQƏT BELƏ DEYİL.Məsələn, tarakanları ələ alaq. Çox sürətləçoxalırlar, ömürləri də qısadır, lakin təxminən 250 milyon ildən bəri eynidirlər. Daha təəccüblü nümunə isə,arxeyalardır. Tam 3,5 milyard il əvvəl, Yer kürəsi hələ çox isti olduğu bir vaxtda meydana gəldilər, hazırda isəYellouston Milli Parkındakı qaynar sularda yaşamağa davam edirlər.

Təkamül nəzəriyyəsi, növlərin təbiət tarixi barəsində yazılan, ancaq bu sahədə əldə edilən elmi tapıntılarla qəti şəkildə təkzib edilən xəyali hekayədən ibarətdir. Yaşayan fosillər, ətraf mühitin canlılar üzərindəki təsirinin "təkamül" deyil, tam əksinə "təkamülsüzlük" olduğunu göstərirlər. Növlərdövrümüzdəki bədən strukturlarına təsadüfi dəyişmə prosesindən keçərək sahib olmayıblar. Hamısı Uca Allah tərəfindən mükəmməl şəkildəyaradılıblar və yer üzündəki mövcud olduqları müddətdə həmişə yaradıldıqları şəkildə yaşayıblar.

Geri

Kitablar

Qısa filmlər