Yaşayan digər fosillər

Qəzetlərdə tez-tez dərc olunan, "20 milyon illik hörümçək fosili tapıldı", "35 milyon illik kərtənkələ fosili tapıldı" kimi xəbərlər diqqətinizi çəkmişdir. Bu xəbərlərin hər biri əslində təkamül prosesi kimi bir ssenarinin qətiyyənbaş vermədiyinin açıq dəlilidir. Yaşayan fosillərəgöstərilə biləcək bir çox nümunə var. Üstəlik, bu nümunələr, yüzlərlə milyon il geriyə qədər gedir.

Timsah, 200 milyon il əvvəl yaşamış bir canlıdır və fosilləri bunu təqdiqləyir. Lakinhazırkı dövrdədə varlığını davam etdirir. Ginqko ağacları 125 milyon il əvvəl də yaşamış,hazırkı dövrdə də canlı nümunələri tapılmışdır. Neopilin (lat. neopilina) molyuskları 500 milyon il, tuatara kərtənkələsi 200 milyon il, hətta arxeyala, 3.5 milyard il əvvəl yaşamış varlıqlardır. Həmçinin eyni mükəmməl sistemləri və mürəkkəb strukturlarıyla hazırkı dövrdə də yaşamağa davam edirlər. Nautiluslar (lat. nautilidae) bir qrup molyuskdurlar və 300 milyon il əvvəlki dənizlərdə yaşayırlar.(31) Bu canlılar, müasir dənizlərdə də eyni şəkildəyaşamağa davam edir, eyni şəkildə bəslənir və eyni şəkildə çoxalırlar.

Protopterlər və ikitənəffüslü Avstraliyabalıqları 400 milyon il əvvəlyaşamış və hazırda da yaşayan fosil nümunələridir. Çarlz Darvin (Charles Darwin), bu balıqların dövrümüzdə olmalarıməsələsində heyrətə gəlmiş, buna görə də “Növlərin mənşəyi” kitabında bəhs olunannövləri "anormal canlılar" kimi xarakterizə etmiş və bunların "demək olar ki, yaşayan fosil olaraq adlandırılabiləcəklərini" bildirmişdi.

Hazırkı dövrdə milyonlarla il əvvəlki hallarıyla dəyişmədən yaşamağa davam edən canlılar bunlarla məhdudlaşmır. Nərəbalığı, sarqan, xərçəng, krevet və Devon dövrünə aid köpək balıqları, yaşayan fosillərə nümunədirlər. Atlantik skumbriya balığı, suf balığı, siyənək balığı, meduzalar, süngərlər, qurbağalar, arılar, qarışqalar, kəpənəklər və termitlər, yenə dəyişmədən qalan bu canlılara nümunədirlər. 230 milyon illik iynəcə, 100 milyon il əvvələ aid əsgər qarışqalar, 150 milyon illik səməndər hazırkı dövrdədə yaşayır. Bu vəziyyət hörümçək kimi hörümçəkkimilər və qırxayaq kimi çoxayaqlılardada eynidir. Son olaraq öz qanı ilə birlikdə kəhrəba içində olan və 20 milyon illik olduğu müəyyən edilən hörümçək fosili də 2000-ci illərin ən mühümkəşflərindəndir. Mançester Universitetindən verilən açıqlamada 4 sm. uzunluğunda və 2 sm. enində olan canlının 20 milyon il əvvəlki halının, müasir hörümçəklərdə heç bir fərq göstərmədən qatran içində qorunub saxlandığı bildirilmişdir. Hörümçəyin öz fosili ilə birlikdə qan nümunəsinin də, bu canlının DNT quruluşunun müəyyənləşdirilməsini təmin etməsi ümid edilir. Lakin bu bir həqiqətdir ki, həmin bu hörümçək fosili, tapılan tək nümunə deyil. Aparılan qazıntılar nəticəsində ortaya çıxarılmış yüz milyonlarla il əvvələ aid hörümçək fosilləri mövcuddur və bunlar dünyanın müxtəlif ölkələrində muzeylərdə sərgilənir. Məlum olan ən qədim və əskiksiz su hörümçəyi fosili, dövrümüzdən 425 milyon il əvvələ aiddir və bu canlıların milyonlarla ildən bəri dəyişmədən qaldıqlarının mühümdəlilidir. Yer üzündə, hörümçək kimi milyonlarla il əvvəldən qalan, hazırkı canlılara və nəsli tükənmiş digər canlılara aid bir çox fosil nümunəsi var. Bu kitabla göstərilənfosillər, müxtəlif muzeylərdə saxlanılan milyonlarla nümunədən yalnız bir neçəsidir.

Geri

Kitablar

Qısa filmlər